Həbs müddətləri uzadıldı
    • 3-10-2024, 14:43
    • 194

Həbs müddətləri uzadıldı

"Toplum TV"nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, onun həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.

Qeyd edək ki, Ə.Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.

Eyni iş üzrə ittiham olunan Ruslan İzzətli və Akif Qurbanovun da həbs müddəti 3 ay uzadılıb.