"Tesla" 27 min Cybertruck-ü geri çağırır - SƏBƏB
    • 3-10-2024, 21:33
    • 236

"Tesla" 27 min Cybertruck-ü geri çağırır - SƏBƏB

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla ABŞ-dakı 27 min Cybertruck avtomobilini geri çağıracağını açıqlayıb.

News24.az xəbər verir ki, Tesla-nın verdiyi açıqlamada geri çağırma qərarının arxa kamerasının görüntülərindəki gecikmənin sürücünün görmə qabiliyyətinə mane və qəzaya səbəb ola biləcəyi əsas götürüldüyü qeyd edilib.

Açıqlamada problemin proqram yeniləməsi ilə aradan qaldırıla biləcəyi bildirilib.

Təsirə məruz qalan avtomobillərdəki Cybertruck sisteminin bağlanma prosesi tamamlanmadan yenidən işə salma əmri alması səbəbindən arxa görüntü kamerasının görüntülərinin gecikdirildiyi qeyd edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Tesla ABŞ-dakı bir çox Cybertruck avtomobilini şüşə silənlərdə və xarici örtükdə problemlərə görə geri çağırıb.

Günel Məlikzadə