-
- 4-10-2024, 10:55
- 302
Bıçaqlanaraq qətlə yetirilən məktəblinin babası DANIŞDI
Xəbər verdiyimiz kimi, məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.
Ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 16 yaşlı Həsən Quliyevin aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan verilən məlumata görə, bu cinayətdə şübhəli kimi məktəblinin həmyaşı saxlanıb. Araşdırmalarla müəyyən edilib ki, qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı o, bıçaqla Həsən Quliyevin bud nahiyəsinə xəsarət yetirib.
Xezerxeber.az xəbər verir ki, 16 yaşlı yeniyetmənin qohumları Həsən Quliyevin sakit uşaq olduğunu bildiriblər. O, 71 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurmuş. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il 9-cu sinifdən sonra təhsilini davam etdirməyib.
Faktla bağlı saxlanan yeniyetmə barəsində "qəsdən sağlamlığa ağır zərərvurma - ölümlə nəticələndikdə" maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.