-
- 4-10-2024, 17:33
- 310
Qayda pozan sürücü ictimai qınaq obyekti oldu
Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı onlayn mediada yayılan videogörüntü araşdırılıb və məsələyə hüquqi qiymət verilib. Belə ki, "Mercedes" markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxıb nəqliyyat axınının tam əksinə hərəkət edən sürücü ilə bağlı “Avtosfer.az” saytında yayımlanan videogörüntü DYP tərəfindən araşdırılarkən, hadisənin Xırdalan şəhərində qeydə alındığı, qayda pozan sürücünün isə İlham Məmişov olduğu müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən törətdiyi əməl 4 balla qiymətləndirilməklə həmin şəxs 150 manat məbləğində cərimə olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır.