-
- 5-10-2024, 18:33
- 447
Fermada iki başlı inək doğuldu
ABŞ-da Kentukki ştatında fermada iki başlı mutant inək doğulub.
News24.az Lent.az-a istinadla bildirir ki, Tarter adlı fermerlər ailəsi qeyri-adi anomaliyadan şoka düşüb və onlara bu “hər 400 milyonda bir dəfə baş verir” deyilib.
Qeyd edilir ki, ikibaşlı heyvanlar tez-tez bir çox sağlamlıq problemi ilə üzləşirlər və bu bala da sağ-salamat doğulsa da, çox yaşamayıb.