Göyçayda biabırçı hadisə - Yeniyetmə qızla cinsi əlaqəyə girən şəxsi...
    • 20-06-2019, 10:30
    • 5 590

Göyçayda biabırçı hadisə - Yeniyetmə qızla cinsi əlaqəyə girən şəxsi...

Göyçayda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqəyə girən şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Göyçay Rayon Polis İdarəsində rayon sakini Elşad Orucov barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb. Onun cinsi əlaqədə olduğu yeniyetmə qızla evləndiyi məlum olsa da, qanunvericiliyin tələbinə görə, 16 yaşı tamam olmamış şəxslərin ailə qurması və onlarla cinsi əlaqədə olmaq qadağandır.

Günahı sübuta yetirilərsə Elşad Orucovu 3 ilədək həbs cəzası gözləyir.