"Turan Tovuz" "Zirə"yə qalib gəldi
    • Bu gün, 19:59
    • 120

"Turan Tovuz" "Zirə"yə qalib gəldi


Azərbaycan Premyer Liqasında "Turan Tovuz" "Zirə"ni məğlub edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, IX turun növbəti oyununda doğma meydanda paytaxt təmsilçisini qəbul edən Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbəyə sevinib.

Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" turnir cədvəlinin birinci sırasında yer alan "Qarabağ"a şərik olub.

15 xala malik "Zirə" isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.