"Qarabağ" növbəti qələbəsini qazandı
    • Dünən, 22:48
    • 79

"Qarabağ" növbəti qələbəsini qazandı


Azərbaycan Premyer Liqasında lider "Qarabağ" növbəti qələbəsini qazanıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə "Sumqayıt"la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.

Bu qələbə Ağdam təmsilçisinə ölkə çempionatındakı 21-ci xalı qazandırıb. Turnir cədvəlinə "Qarabağ" başçılıq edir. "Sumqayıt" isə 7 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0, "Turan Tovuz" isə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.