İran müharibəyə hazırlaşır
    • 20-06-2019, 14:22
    • 1 026

İran müharibəyə hazırlaşır

"İranın ABŞ-a məxsus olan hərbi pilotsuz kəşfiyyat aparatını vurması, Tehranın müharibəyə hazırlaşması deməkdir"

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabçı Mühafizə Körpusunun baş komandiri, general mayor Hüseyn Salami açıqlamasında deyib: "Baş verən hadisə ABŞ üçün dəqiq siqnal idi. Baxmayaraq ki, İran müharibəyə hazırdır, lakin hər hansısa bir ölkəyə qarşı müharibə elan etmək kimi bir fikri yoxdur".

H.Salami pilotsuz aparatın İranın hava sərhədlərini pozduğunu bildirib: "Sərhəd bizim qırmızı xəttimizdir. Sərhəddi pozan hər bir düşmən məhv ediləcək". 

Qeyd edək ki, İranın ABŞ-a məxsus pilotsuz kəşfiyyat aparatını vurması barədə 20 iyun səhər saatlarında məlumat yayılıb.