Terim ilk dəfə Mourinyo ilə bağlı danışdı
    • Dünən, 21:46
    • 203

Terim ilk dəfə Mourinyo ilə bağlı danışdı

Türkiyənin təcrübəli baş məşqçisi Fatih Terim Joze Mourinyo ilə bağlı danışıb.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, Terim İzmir İdman Zirvəsində Mourinyo ilə bağlı sualı cavablandırıb. "Fənərbaxça" ilə müqavilə imzalayandan sonra Joze Mourinyo barədə ilk dəfə danışan Fatih Terim, Mourinyonun qazandığı uğurlara diqqət çəkib.

Təcrübəli çalışdırıcı Mourinyo haqda bunları deyib: "Bu barədə çox danışmağa ehtiyac yoxdur. O, dünyanın ən uğurlu məşqçilərindən biridir. Aldığı kuboklar, qazandığı kuboklar... Bu barədə deyiləcək bir şey yoxdur”.

Həmçinin, Terim Mourinyo ilə “Fənərbaxça” ilə müqavilə bağladıqdan sonra görüşmədiyini bildirib.