-
- 10-10-2024, 20:11
- 1 500
Cütlüklərin ayrı yatma SƏBƏBLƏRİ
Cəmiyyətlərin özünəməxsus mədəni davranışları bəzi ölkələrdə olduqca qəribə sayıla bilər.
News24.az xəbər verir ki, zəhmətkeşliyi ilə tanınan yaponlar, dünyanın bütün mədəniyyətlərindən fərqli olaraq, evli olsalar belə, çox vaxt ayrı çarpayılarda yatmağa üstünlük verirlər.
Evli cütlüklər üçün "başınızı eyni yastığa qoymaq" ifadəsini eşitmiş ola bilərsiniz. Birlikdə yatmağın vacibliyinə işarə edən bu deyim bəzi mədəniyyətlərdə heç bir məna daşımaya bilər.
YAPON CÜTLÜKLƏR NİYƏ AYRI YATAQDA YATIR?
Ağıllı və çalışqan olması ilə tanınan yaponlar onlara bu imtiyazları yalnız iş həyatında deyil, həm də sosial həyatlarında verən xüsusiyyətlərdən faydalanırlar. Yuxunun son dərəcə dəyərli olduğu Yaponiya cəmiyyətində mükəmməl yuxu axtarışları cütlüklərin zamanla ayrı çarpayılarda yatmağa başlamasına səbəb olub.
Təbii ki, Yaponiyada cütlüklərin ayrı çarpayılarda yatmasının yeganə səbəbi bu deyil. Əvvəla, dünya iqtisadiyyatında mühüm yer tutan Yaponiyada həyat həftənin 7 günü, günün 24 saatı axarındadır. Bu, istər-istəməz bir çox peşələrin gecə-gündüz kimi müxtəlif iş saatlarına bölünməsinə səbəb olur.
Gün ərzində 3-4 fərqli zaman aralığını ehtiva edən iş saatları çox vaxt həyat yoldaşlarının eyni vaxtda işdə olmamasına səbəb olur. Bu vəziyyətdə insanlar həyat yoldaşları ilə müxtəlif saatlarda yatmaq məcburiyyətində olurlar.
Yaponiyada evli insanlar üzərində aparılan araşdırma göstərib ki, cütlüklərin yalnız 29 faizi eyni yataqda yatmağı vərdiş halına gətirib.
Bəzi evli insanlar eyni otaqda fərqli çarpayılarda yatmağı üstün tutarkən, araşdırmaya məruz qalan qrupun 40 faizi gecəni fərqli otaqlarda yataraq tamamladıqlarını ifadə edib.
Məryəm İlhamqızı