Azərbaycanda vəzifəli şəxsə rüşvət verənə cinayət işi açıldı
    • 21-06-2019, 15:09
    • 2 460

Azərbaycanda vəzifəli şəxsə rüşvət verənə cinayət işi açıldı

Azərbaycanda vəzifəli şəxsə rüşvət verənə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Qarayev Babək Mətləb oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.2-ci, yəni vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə iş açılıb.

Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əliövsət Abasovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlayacaq