-
- 11-10-2024, 13:11
- 3 294
“Rahat Market”’də HADİSƏ: İşçilər ZƏHƏRLƏNDİ
Bakıda “Rahat Market”də xanım işçilər generatordan çıxan tüstüsündən zəhərlənib.
News24.az qaynarinfo-ya istinadla xəbər verir ki, “Rahat” supermarketlərin də daxil olduğu “ANC GROUP” MMC-nin işçiləri R.C. və C.T.-ya hadisədən sonra tibbi yardım göstərilib, tibbi müəssisəsinə yerləşdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Rahat” supermarketlərin də daxil olduğu “ANC GROUP” MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması) protokol tərtib edilib. MMC-nin rəhbərliyi 1000 manat cərimələnib.
“ANC GROUP” MMC-nin rəhbərliyi dövlət qurumunun qərarından Nərimanov Rayon Məhkəməsinə şikayət edib və protokolun ləğv edilməsini istəyib. İddiaçı tərəf bildirib ki, hadisə sentyabr ayında olub, dərlah MMC tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülüb, işçilər sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün tibb müəssisəsinə yerləşdirilib və aidiyyəti üzrə icra hakimiyyəti orqanına məlumat verilib. MMC cəriməni tamamilə qanunsuz və əsassız sayıb, hesab edir ki, bu səbəbdən də həmin qərar ləğv edilməlidir.
Məhkəmə isə “ANC GROUP” MMC-nin şikayətini təmin etməyib (qaynarinfo.az).