-
- 12-10-2024, 04:49
- 647
Bakıda fit çalacaq
Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun matçına norveçli hakimlər təyinat alıblar.
News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı FIFA referisi Rosit Saqqi idarə edəcək.
Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.