-
- 12-10-2024, 21:23
- 3 213
“WhatsApp” ünsiyyəti artırmaq üçün yeniliklər etdi
“WhatsApp” istifadəçilər arasında qarşılıqlı əlaqəni artırmaq üçün son vaxtlar yeni funksiyalar təqdim edib.
News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bundan sonra istifadəçilər bir-birilərinin status yeniləmələrinə reaksiya verə bilər. Digər yenilik isə etiketləmə ilə bağlıdır. İstifadəçilər statuslarında 5 istifadəçini etiketləyə bilər. Etiketlənmiş şəxslər bu yenilikləri yenidən paylaşa bilər. Məlumata görə, teqlər şəxsi olacaq, yəni yalnız siz və etiketlədiyiniz şəxs görəcək. Etiketləmədən sonra qeyd olunan istifadəçilər dərhal bildiriş alacaq.
“WhatsApp”ın bu yenilikləri insanlar arasında əlaqəni asanlaşdırmaq məqsədi daşıyır.