MOV Azərbaycanda möhtəşəm ənənəvi moda gecələrinə start verdi - FOTO - VİDEO
    • 22-06-2019, 14:03
    • 1 793

MOV Azərbaycanda möhtəşəm ənənəvi moda gecələrinə start verdi - FOTO - VİDEO

Dünyaca məşhur brendləri ölkəmizə gətirən şəhərin ən böyük geyim mağazası "MOV" möhtəşəm şəkildə yeni yay kolleksiyasını alıcılarına təqdim edib.

News24.az
xəbər verir ki, "MOV Fashion Night" adlı tədbirdə Azərbaycanın tanınmış modelləri səhnəyə çıxaraq "Buggati", "Big Star", "Vigoss", "Perspective", "M&Co", "Avva" və digər bu kimi sevilən markaların geyimlərini təqdim ediblər. Həm klassik, həm idman üslubunda qadın-kişi geyim və aksessuarları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bakının mərkəzində yerləşən MOV mağazasında bundan sonra da ənənəvi moda nümayişlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

"Best Model of the World" müsabiqəsinin yeganə azərbaycanlı qalibi Rüstəm Cəbrayılov uzun fasilədən sonra ilk dəfə səhnədə model kimi görünüb. Gənclərin sevimli mağazası "MOV"un dəbli və fərqli geyimlərini təqdim edən digər modellər sırasında "MOV"un simaları Nigar Qədirova, Elvin İsmayılovla yanaşı, Şakir Ə

hmədzadə, Umleyla Bakhtiozina, Nuru Əhmədov, Luiza Matkazina, Polina Demidova, Fərid Əliyev, Marina Dar və Kənan Mehdiyev yer alıb.
Modelyer Gülnarə Xəlilova, aktrisa Sevinc Əliyeva, aktyor Səfa Mehdi, aparıcılar Hacı Quliyev və Xəyalə Manaflının qatıldığı moda gecəsinin musiqili qonağı isə Samira Allahverdi olub.

"Mən Ona Vuruldum" sloqanı ilə şəhərin mərkəzində - Nizami küçəsi 76 ünvanında fəaliyyət göstərən 3 mərtəbəli mağazadan bir-birindən dəbli qadın, kişi, uşaq geyim, ayaqqabı və çantalarını əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: 055 202 61 55