-
- 14-10-2024, 13:27
- 861
Ev sahibi şoka düşdü: Kirayəçi evi 6 nəfərə verib, qaçdı
Antalyada yaşayan müəllim Zeliha Oruç evini kirayəyə verib.
News24.az xəbər verir ki, müntəzəm olaraq kirayə haqqının ödənilməməsi və anlaşılmazlıqdan sonra Zeliha məhkəməyə müraciət edib. Zeliha Oruç uzun fasilədən sonra evinə baxmağa gedəndə maraqlı hadisə ilə qarşılaşıb.
Evdə tanımadığı şəxslərin qaldığını anlayan Oruç kirayəçisinin köçdüyünü və orada başqa insanların yaşadığını öyrəndiyini bildirib.
Evi yoxlamaq üçün getdiyini izah edən Oruç, "Keçmiş kiracım məndən xəbərsiz evi 6 nəfərə kirayə verib. Onlar qapını açanda "Biz bu evi kirayələmişik” dedi.
Kirayəçilərin evdə qalmaq və kirayə haqqını ona ödəmək istədiklərini deyən Oruç vəziyyəti qəbul etmədiyini bildirib. Onlara bir həftə vaxt verib evi boşaltmalarını xahiş etdim.
İddia prosesinin hələ də davam etdiyini deyən Oruç, “Mənim həm keçmiş kirayəçimdən, həm də tanımadığım bu şəxslərdən şikayətim var” dedi.
Günel Məlikzadə