Azərbaycanda nikah və boşanmaların sayı azaldı
    • Dünən, 21:27
    • 634

Azərbaycanda nikah və boşanmaların sayı azaldı

Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5-dən 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.