Dükanına “Qohumlar girə bilməz” yazılmış pankart asdı
    • 15-10-2024, 20:15
    • 758

Dükanına “Qohumlar girə bilməz” yazılmış pankart asdı

5 ildir İzmir Konakda bufet işlədən Mehmet iş yerinə gələn, davamlı olaraq yemək-içmək alan və pulunu verməyən qohumlarına üsyan edib.

News24.az xəbər verir ki, Mehmet çoxuşaqlı ailəyə mənsub olan iş yerinə gələn qohumlarının çay, kofe, sərinləşdirici içkilər və sendviçlər yediyini, lakin pulunu ödəmədiyini bildirib. Yaşadığı hadisədən sonra üsyan etdiyini deyən dükan sahibi mağazanın içərisinə və stulların yerləşdiyi yerə “Qohumlar girə bilməz” yazılı pankart asıb.

Yaxınlarının pankartı görsələr də yenə də gəldiklərini və yazıya ciddi yanaşmadıqlarını deyən Mehmet üçün "Yazını görüb gülürlər. Kimsə incimir" dedi. 

Günel Məlikzadə