Azərbaycanda "1000 manat"lıq pul dövriyəyə buraxılır? - Təcili!
    • 16-10-2024, 02:50
    • 808

Azərbaycanda "1000 manat"lıq pul dövriyəyə buraxılır? - Təcili!

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb. Hazırda istifadə etdiyimiz əsginazlar isə 1, 5, 10, 20, 50, 100, 200 və 500 manatlardır. Bəs, dövriyəyə 1000 manatlıq əsginaz buraxıla bilərmi? Sözügedən əsginaz tədavülə buraxıldığı halda üzərində Ulu Öndər Heydər Əliyev və Prezident İlahm Əliyevin şəkilləri yer ala bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az saytına deputat Aydın Mirzəzadə danışıb.

Deputat açıqlamasında 1000 manatlıq əsginazın dövriyəyə buraxılmasının gözlənilmədiyini qeyd etdi:

"İlk növbədə onu qeyd edim ki, Azərbaycan Respublikasında 8 sayda əsginaz var. Say məsələsindən əlavə isə 1000 manat böyük məbləğdir və belə məbləğlərin əsginazlarının dövriyəyə buraxılması həm də bu səbəbdən gözlənilən deyil. Əsginazın üzərində şəkilin olması məsələsinə gəldikdə isə bu da qeyri-mümükündür. Çünki hazırda dövriyədə olan əsginazların üzərində heç bir şəxsiyyətin portreti yer almayıb".