"Fənərbaxça" "Qalatasaray"ın təklifini qəbul edib
    • Dünən, 22:55
    • 560

"Fənərbaxça" "Qalatasaray"ın təklifini qəbul edib

 "Qalatasaray" İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu son 2 il və ilk 8 həftə daxil olmaqla Super Liqada bütün mübahisəli mövqelərin klublar üçün məqbul olan səlahiyyətlilər tərəfindən qiymətləndirilməsini təklif edib.

News24.az xəbər verir ki, "Fənərbaxça" Hatipoğlunun açıqlamalarına cavab verib.

Sarı-göylü komanda, “İlk növbədə bu mövsümün ilk 8 həftəsini dəyərləndirməyə hazırıq. İctimaiyyətə vurğulayırıq ki, istədikləri adları müəyyənləşdirmək və bu təklifi həyata keçirmək üçün onlarla dialoq, görüşlər də daxil olmaqla, hər addımı ən qısa zamanda atmağa hazırıq” deyib.


Günel Məlikzadə