Tramp əbədi prezident olmaq istəyir
    • 23-06-2019, 15:09
    • 948

Tramp əbədi prezident olmaq istəyir

Tramp əbədi prezident olmaq istəyir Donald Tramp ömürlük Amerika prezidenti olacağı haqda video yayıb.

News24.az Lenta.ru-ya  istinadla xəbər verir ki, ABŞ lideri həmin videonu öz Tvitter səhifəsində paylaşıb. Videoda Trampın 2024, 2056, 2120 və daha sonrakı illərdə seçkilərdə qələbə çalacağı haqda xəbərlərin əks olunduğu "The Time" jurnalının üz qabığı nümayiş olunub.
Videoklip "Trump 4eva" ("Tramp əbədidir") sözləri ilə yekunlaşıb.

Qeyd edək ki, ABŞ rəhbəri rəsmi olaraq növbəti müddət üçün prezident seçilmək haqda qərarı verərək, 2020-ci ildə baş tutacaq seçkilərdəki kampaniyasına başlayıb.  Amerikada növbəti prezident seçkiləri gələn ilin noyabrında baş tutacaq.