Bakıda zavodda DƏHŞƏT - RƏSMİ
    • Bu gün, 11:18
    • 719

Bakıda zavodda DƏHŞƏT - RƏSMİ

Oktyabrın 15-də saat 12 radələrində paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən zavodda işçilərdən birinin xəsarət alması barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, araşdırmalarla 20 yaşlı Yaşar Qumbatovun münaqişə zəminində iş yoldaşı 23 yaşlı Nurlan Şahpələngovun başına dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Qumbatov saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. 

Hazırda Qaradağ Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.