Bulvarda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum oldu
    • 6-08-2018, 12:45
    • 1 664

Bulvarda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum oldu

Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atan gənc qadının kimliyi məlum olub. 

O, Binəqədi rayon sakini, 2000-ci il təvəllüdlü F.Mövlanadır.  

O, Dənizkənarı Milli Parkda yerləşən “Şeytan çarxı” atraksionunun yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib.

Gənc qadın polis və Bulvar İdarəsinin əməkdaşları tərəfindən dənizdən çıxarılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.