I və IV ixtisas qrupları üzrə imtahanların nəticələri iki həftə ərzində elan olunacaq
    • 24-06-2019, 15:33
    • 717

I və IV ixtisas qrupları üzrə imtahanların nəticələri iki həftə ərzində elan olunacaq

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyunun 23-də keçirilmiş imtahanda istifadə edilən, qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) Dövlət İmtahan Mərkəzinin saytında http://dim.gov.az/upload/iblock/d03/d03e27845e6dcf744edfac135d7f3e42.pdf  yerləşdirilib.

Mərkəzdən News24.az-a verilən məlumata görə,  imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq.