Əlavə pul alan şəxs Əmək Pensiyasına necə keçə bilər? - CAVAB
    • 20-10-2024, 08:16
    • 1 290

Əlavə pul alan şəxs Əmək Pensiyasına necə keçə bilər? - CAVAB



Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əmək pensiyasına keçid ilə bağlıdır.

Qulluq stajına görə əlavə alan boxes (dövlət qulluğuna görə) ümumi əsaslarla əmək pensiyasına necə keçə bilər?

Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış pensiyanın məbləği ümumi əsaslarla hesablanmış pensiya məbləğindən az təşkil etdikdə şəxsə ümumi əsaslarla pensiya təyinatı həyata keçirilir.