Əhaliyə xəbərdarlıq edildi - BU TARİXLƏRDƏ...
    • Bu gün, 15:20
    • 1 817

Əhaliyə xəbərdarlıq edildi - BU TARİXLƏRDƏ...


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.