Pensiyalarla bağlı VACİB XƏBƏR - Bu tarixdə ödəniləcək
    • Dünən, 18:33
    • 1 060

Pensiyalarla bağlı VACİB XƏBƏR - Bu tarixdə ödəniləcək

Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur.

Bu barədə  Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri isə ayın 20-28-i aralığında nəzərdə tutulub. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.