Bakıda DƏHŞƏT: Aktyor və arvadı öldürüldü - FOTO
    • 23-10-2024, 09:55
    • 7 755

Bakıda DƏHŞƏT: Aktyor və arvadı öldürüldü - FOTO

 

Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 85 yaşlı İosif Tkaç Zusyeviçin və arvadı 80 yaşlı Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, mərhum İosif Tkaç Zusyeviç uzun müddət Səməd Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb.