Həkimlər ŞOKA düşdü: 18 santimetrlik çəngəl əməliyyatla çıxarıldı
    • 23-10-2024, 16:55
    • 367

Həkimlər ŞOKA düşdü: 18 santimetrlik çəngəl əməliyyatla çıxarıldı

Türkiyədə yaşayan əcnəbi vətəndaş E.E (18) yemək çəngəlini udma şikayəti ilə təcili yardımla xəstəxanaya gətirilib.

News24.az xəbər verir ki, burada rentgeni çəkilən xəstənin qida borusunda 18 santimetrlik çəngəl olduğu müəyyən edilib.

Mütəxəssislər endoskopiya edərək çəngəli ağızdan çıxarmağa çalışıblar. Lakin qidaya və nəfəs borusuna zərər vermə ehtimalına görə, mədənin kəsilməsi və çəngəlin çıxarılması qərara alınıb.

Əməliyyatda mədədə kəsik açılıb və çəngəl çıxarılıb. Bir müddət reanimasiyada qalan xəstənin vəziyyəti yaxşılaşıb.

Xəstənin səhhətinin yaxşı olduğu bildirilib.

Günel Məlikzadə