-
- 11-11-2024, 04:10
- 655
Bu yağlar xərçəng yaradır - DİQQƏT
Gündəlik qidalanmamızda yağların böyük yer tutduğu hər kəsə məlumdur. Hazırda mütəxəssislər yağların tərkibindən çox narahatdırlar. Xarici alimlər demək olar hər gün yağların tərkibini araşdırırlar. Alimlər qeyd edir ki, bir çox yağlarının (kərə və duru) istehlakı 20-ci əsrdən başlayaraq qanda xolesterinin səviyyəsini 20 dəfədən çox artırıb. Artıq günümüzün gerçəkliyi olaraq bu yağlar ciddi xəstəliklərin əsas səbəbinə çevrilib.
Tibb elmləri doktoru Adil Qeybulla News24.az-a açıqlamasında bildirib ki, yağların qida sertifikatına, texnoloji şərtlərinə və istehlak müddətində düzgün rəftar olarsa, bu zaman xüsusi bir problem yaratmır:
"Nəzərə alaq ki, yağların insan orqanizmində rolu çox böyükdür. Amma bu, tam saturassiya olmuş, yəni doymuş yağların insan orqanizminə ziyanı ondan ibarətdir ki, insan hərəkət etmədikcə, lazımi qədər kalori sərf etmədiyi zaman, yağlar orqanizmdə problem yarada bilər. O ki, qaldı texniki şərtlərdən kənara çıxan yağlar, hazırda onlarla bağlı çox söz-söhbətlər gəzir. Düzdür, bütün bunları sübut etmək üçün əlimizdə yetəri qədər əsas yoxdur, ancaq gəzən söhbətlər səbəbsiz deyil. Düşünürəm ki, yağların tərkibində müxtəlif qatqıların olması, orqanik xüsusiyyətlərin yağ səviyyəsinə çatdırılması və başqa amillər var. Hesab edirəm ki, bütün bunlar əsassız deyil. Ən əsas məsələlərdən biri yağı məişətdə azaltmaq, təkrarən qızardılmış yağdan qəti istifadə etməmək lazımdır, çünki yağlar yandıqca onlarda xərçəng törədən maddələr yaranır. Ona görə də belə məsələlərə həssas yanaşmaq lazımdır".