-
- 24-10-2024, 12:20
- 511
Kritik ünvan - Hücum edilən yer NİYƏ BU QƏDƏR VACİBDİR?
Ankarada Türk Aerokosmik Sənayesinə (TAİ) qarşı te*ror aktı törədilib.
News24.az xəbər verir ki, TAI 15 may 1984-cü ildə Türk Ticarət Məcəlləsi və Xarici Sərmayə Təşviqi Qanunu çərçivəsində yaradılmışdır.
Turkish Aerospace Industries Inc., Türkiyədə hava platformalarının dizaynı, inkişafı, istehsalı, tamamlanması, yenilənməsi və satış sonrası xidmətlər sahələrində texnologiya mərkəzidir. Şirkət dünyanın ən böyük sərnişin təyyarəsi Airbus A380 və hərbi nəqliyyat təyyarəsi Airbus A400M üçün hissələri istehsal edir.
TAİ-nin mənşəyi 28 iyun 1973-cü ildə Türk Təyyarə Sənayesi Anonim Cəmiyyətinin (TAİ) yaranmasından başlayır. Sənaye və Texnologiya Nazirliyi nəzdində həyata keçirilən TAI Türkiyənin müdafiə sənayesində xarici asılılığını azaltmaq məqsədi ilə yaradılıb.
İllər ərzində fəaliyyət sahələrini genişləndirən TUSAŞ, 28 aprel 2005-ci ildə TUSAŞ Aviasiya və Kosmos Sənayesi A.Ş. (TAI) çətiri altında yenidən qurulub. Bu birləşmə ilə TAİ həm dizayn, həm istehsal infrastrukturu, həm də insan resursları baxımından böyük bir gücə çevrilərək Türkiyənin "Aviasiya Mərkəzi" olaraq xidmət etməyə başlayıb.
TUSAŞ-ın ortaqlıq strukturu araşdırıldığında, səhmlərin 54,49%-i Türkiyə Silahlı Qüvvələri Vəqfinə (TSKGV), 45,45%-i Müdafiə Sənayesi Başçılığına (SSB), 0,06%-i isə Türkiyə Hava Qurumuna (THK) aiddir. Qərargahı Ankaranın Kahramankazan şəhərində yerləşir.
Qeyd edək ki, 1973-cü ildə qurulan TAI, həm Türkiyənin müdafiə sənayesində yerli texnologiyaları inkişaf etdirmək, həm də həyata keçirdiyi bu layihələrlə qlobal miqyasda söz sahibi olmaq baxımından Türkiyə üçün əsas mövqedədir.
TAİ beynəlxalq əməkdaşlıqlarla yanaşı, Türkiyənin müdafiə sənayesində müstəqilliyini artırmağa yönəlmiş yerli layihələrə də rəhbərlik edir. Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi olaraq inkişaf etdirilən MMU, TAİ-nin rəhbərliyi altında həyata keçirilir. Eyni zamanda, TAI-nin digər mühüm yerli layihəsi olan ANKA müşahidə, kəşfiyyat və hədəfin məhv edilməsi kimi vəzifələri yerinə yetirir. ANKA Türkiyə Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur.
Şirkət həmçinin Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan Milli Döyüş Təyyarəsi (KAAN) layihəsi üzərində işləyir. KAAN radar görünməzliyi və yüksək manevr qabiliyyəti ilə Türkiyə Hərbi Hava Qüvvələrinin əsas vurucu qüvvəsi olmağa namizəd olan istehsalatlardan biridir.
TAI, F-16 və CN-235 kimi təyyarələrin modernləşdirilməsi və texniki xidmətini öz üzərinə götürərək Türkiyə Silahlı Qüvvələrinin əməliyyat gücünü dəstəkləyir.
Günel Məlikzadə