-
- 24-10-2024, 12:30
- 343
Millət vəkilindən Türkiyədə baş vermiş hadisə ilə bağlı AÇIQLAMA
Bu gün Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Ankaradakı baş qərargahında partlayış baş verib.
Yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib. Məsələ ilə bağlı Millət vəkili Naqif Həmzəyev News24.az-a açıqlama verib. Deputat terroru törətmiş şəxslər və təşkilatçıların mütləq cəzalarını alacaqlarını vurğulayıb:
“Baş vermiş terror hadisəsi məni və bütün Azərbaycan xalqını çox üzdü. Çox acı xəbər oldu. Türk dövlətinin və millətinin başı sağolsun. İnanıram ki, bu terroru törətmiş şəxslər və təşkilatçılar mütləq cəzalarını alacaqlar. Hər zaman qardaş Türkiyənin yanındayıq”,- deyə bildirib.
Qeyd edək ki, terror hadisəsi nəticəsində 4 nəfər həlak olub, 14 nəfər dünyasını dəyişib.
Ağa