Müdafiə Nazirindən açıqlama:
    • 24-10-2024, 12:51
    • 365

Müdafiə Nazirindən açıqlama: "Bu obyektin hədəfə alınması təsadüfi deyil"

Ötən gün Ankaranın Kahramankazan rayonunda TAİ-nin obyektlərinə qarşı te*ror aktı törədilib. Hücum nəticəsində 5 nəfər şəhid olub, 19 nəfər yaralanıb.

News24.az xəbər verir ki, Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər TAİ-yə qarşı törədilən te*ror aktı ilə bağlı açıqlama verib.

Gülərin açıqlamalarından diqqət çəkən məqamlar belədir:

"Bu obyektin hədəfə alınması təsadüfi deyil. Türkiyə heç vaxt heç bir təhdid qarşısında boyun əyməyib və əyməyəcək. Biz satqınların hiylələrinin qarşısını almağa və onların şövqünün qarşısını almağa davam edəcəyik. Biz te*ror təşkilatlarının hədəflərini yaxşı bilirik. 29-u İraqda, 18-i Suriyanın şimalında olmaqla ümumilikdə 47 terror hədəfi tam dəqiqliklə vurulub, çoxlu sayda te*rorçu zərərsizləşdirilib. Heç bir xain te*ror təşkilatı üzvü qəhrəman Mehmetçikin pəncəsindən xilas ola bilməyəcək”.

Günel Məlikzadə