-
- 25-06-2019, 17:21
- 30 755
“Qızlar oğlanları qan cadusu ilə əldə edir” - azərbaycanlı ekstrasensdən şok açıqlamalar - VİDEO
Ekstrasenslik hər zaman cəmiyyətdə mübahisə doğuran mövzu olub. Kimi onları xüsusi yetənək sahibi, fitri istedad, kimi cadugər, kimi də fırıldaqçı sayır. Amma onların fenomen olması, fikirlərinin önəmsənildiyi danılmazdır.
Bu magik güc necə yaranır? Kim ondan necə yararlanır bu və ya digər məsələlərlə bağlı ekstrasens Aqil Məhərrəmov News24.az-a danışıb.
-Ekstrasenslərin sayı artdıqca onlara inam azalır. Bəs, siz, öz gücünüzü insanlara necə sübut edirsiniz?
-Məncə, ekstrasenslərin sayı artmayıb. Əksinə, azalmağa doğru gedir. Çünki çoxları bu sənəti şoulaşdırır, hətta sənətlərini də dəyişirlər. Mənim gücümü insanlara sübut etməyimə gəlincə, qəbuluma gəlirlər başa düşürlər ki, kim esktrasensdir, kim yalançı.
-Ekstrasenslik falçılıq və cindarlıqdan nə ilə fərqlənir?
-Cindarlıq ekstrasensliyin bir qolu ola bilər. Necə ki, hər bir sahənin peşəkar və qeyri-peşəkar qolu var, cindarlıq da bu işin qeyri-peşəkar yoldur. Onu ekstrasenslər qəbul etmir. Yəni, ekstrasenslik ali təbəqədirsə, cindarlıq onun alt səviyyəsidir. Bir də cin çıxarma var ki, bəziləri bununla da məşğuldurlar. Amma mənim düşüncəmə və oxuduqlarıma görə, bu işlə mollalar məşğul olmalıdır. Çünki onun üçün xüsusi dualar var ki, onları yalnız dindarlar bilir.
Falçılıq isə ekstrasensliyin loru dildə adıdır. Bir vaxtlar rus dilində desək “qadalka”lar var idi. “Qadalka” “qadat” sözündən götürülüb yəni, “təxmin etmək” deməkdir. Verdiyin proqnoz ya tutur, ya da tutmur. Ekstrasensin isə səhv etmək şansı yoxdur. Etsə belə, bu, çox cüzi olmalıdır.
-Qeyri-adi bacarığınızın olduğunu nə vaxt hiss etmisiz?
-Bu, ilk dəfə 13 yaşımda baş verib. Dekabrın 31-də yatıb fevralın 27-də ayılmışam, letargiya yuxusunda olmuşam. Hər şeyi hiss edib, eşidirdim. Amma ayıla bilmirdim. İki aydan sonra oyandım və qeyri-adi şeyləri görməyə, hiss eləməyə başladım.
-Yəqin ki, sizə məşhurlar da müraciət edir.Onların sizdən istəyi nə olur?
-Məşhurlar da insandır, əlbəttə, onlar da müraciət edir. Sadəcə, onlarla adi insanların istəkləri fərqli olur. Tanınmışların çoxu sponsor tapmaq, irəli getmək üçün müraciət edirlər. Sonuncu dəfə yanıma gələn məşhurun sevgilisiylə bağlı problemi yaranmışdı. Həyat yoldaşı aləmi bir-birinə qatmışdı. O isə hər şeyin sakitcə həll olunmasını istəyirdi. Ona kömək elədim. Həmin adam indi sevdiyi şəxslə bir yerdədir.
-Kimin nə zaman öləcəyini öncədən deyə bilirsiniz?
Çox öncədən hiss etmək, təbii ki, mümkün deyil. Kim deyirsə ki, ölümü çox qabaqcadan görürəm, bu, yalandır. Əgər ömrünün sonuna bir il və ya altı ay qalıbsa, xəstədirsə, o insandan ölü ət iyi gəlir. Necə deyərlər, üfunət iylənir.
-İndiyədək qəbulunuza gələnlərdən kiməsə öləcəyini demisiniz?
-O insanın özünə yox, yaxınlarına demişəm. Çünki gizlətməyin mənası yoxdur. Əksinə, yaxınları bilməlidir ki, hazırlıqlı olsunlar.
-Nə əcəb efirlərdə görünmürsüz? Bunu lazımsız sayırsız?
- Demirəm, efir lazımsızdır. Verilişlərə tez-tez dəvətlər alıram. Amma fikrimcə, köməyə ehtiyacı olanlara yardım etmək daha vacibdir. Mən vaxtımı efirə çıxmağa yox, insanlara kömək etməyə sərf edirəm. Verilişlərə tez-tez dəvətlər alıram. Amma bəzən efirin vaxtına bir saat qalmış imtina etmişəm. Həmin vaxt tez-tələsik başqa birini tapıb çağırıblar. Bax, belə halları görəndə efirə çıxmaq istəmirəm. Məncə, normal, səviyyəli verilişə çıxmaq lazımdır. Amma indi efirlərimiz elə vəziyyətdədir ki, orda görünmək istəmirəm.
- Taleyi, qisməti dəyişmək və ya insanın başına gələcək hansısa bədbəxt hadisənin qarşısını almaq mümkündür?
-Mənim düşüncəmə görə, insanın doğumu və ölümü, ailəsi, övladları onun qisməti və taleyidir. Çünki insan bunları özü seçə bilmir. Bunlardan başqa insanın həyatında nə baş verirsə, hamısını dəyişmək olur.
-Yəni insanların həyatına müdaxilə edə bilirsiz?
-Əlbəttdə, edə bilərəm. Bəs, niyə görə deyirlər ki, insan hər əməlinə görə, Allahın yanında cavab verir. Əgər bu əməllər qabaqcadan yazılsaydı, o zaman niyə əməllərimizə görə cavab verirdik ki? Yəni, Allahın yazdığıdırsa, o zaman heç nəyə görə cavab verməməliyik. Bunu özümüz edirik. Ona görə də təbii ki, dəyişmək olur.
-Müraciət edənlərin hansı problemini həll edəndə çətinlik çəkmisiz?
-Ən çətini vudu və qan magiyalarıdır. Bunlar, ümumiyyətlə çox vaxt aparır. Bir də dənizə atılan cadulardır. İnsanlar çox vaxt özləri cadunu dənizə atırlar. Misal üçün, cavan qızların bəxtini qfılla bağlayıb dənizə tullayırlar. Bu, çox yanlış bir şeydir. Dənizə cadu atmaq olar. Amma təmizləmək üçün olunan duaları qətiyyən çaya, dənizə atmaq olmaz. Bunlar bir az gec təmizlənir.
Həmin magiyalara görə Azərbaycandan müraciət edənlər var?
-Çox olub. Ümumiyyətlə, Azərbaycanda hazırda qan magiyası çox məşhurdur. Qızlar oğlanları əldə etmək üçün öz qanlarından istifadə edirlər.
Vudu magiyasını isə Azərbaycanda bilənlər yoxdur. Onu daha çox xaricdə yaşayan həmvətənlərimizə eləyirlər. Onların Bakıdakı ailələri həmin caduların təmizlənməsi üçün yardım istəyirlər.
Gözəgörünməz varlıqlarla rastlaşmısınız? Onlara reaksiyanız necə olub?
-Təbii ki, olub. Demək olar ki, hər şeyi görmüşəm. Cini, şeytanı, ruhu da görmək mümkündür. İlk dəfə görəndə çox pis qorxmuşam. Əvvəllər bunu deyəndə mənə inanmadılar, məni dəlixanaya yatırmaq istədilər. Amma dediklərim öz təsdiqini tapdıqdan sonra ailəm mənə inanmağa başladı.
-Cadu tapan şəxsin ilk işi ya onu murdarlamaq, ya da yandırmaq olur. Bu doğrudur?
-Öncə onu deyim ki, hazırda cadu çıxarma dövrü keçib. Dünyanın çox ölkəsində belədir. Cadunu yalnız təmizləyirlər. Nəyinsə üzərinə cadu edirlər və onu basdırırlar. O da həmin adamı tapır və enegertikasına hopur. Yəni, onu çıxarmaq artıq mənasız bir şeydir. Əsas odur ki, cadunun ona yönəltdiyi enerjini təmizləsinlər.
Qaldı ki, cadu tapanda qətiyyən mundarlamaq olmaz. Onu mundarlyanda təsiri daha da artır. Yandırmaq, sonra da suya atmaq lazımdır. Hətta dəmir olsa belə, onu yanar odun içinə atmaq mütləqdir.
-Cadu olunmuş insanı ilk görüşdə ayırd etmək mümkündürmü?
-Təbii ki, mümkündür. İnsanın üzərində qaraltı, çöküntü, üzündə yorğunluq olur.
-Cadu-piti mövzusu nə vaxta qədər belə aktual olacaq?
-Cadu insan yaşadığı müddətdə hər zaman aktual olaraq qalacaq. Çünki, göz və nəfs varsa, deməli, cadu da, şeytan da var. Ona görə də, bu, heç vaxt bitməyəcək.
-“Ağ magiya” deyirlər, bu gerçəkdən mövcuddurmu?
Magiyanı kim rənglərə bölübEkstrasenslikdə “ağ -qara magiya” deyilən bir şey yoxdur. Yəni, rəngə bölünmür. Magiya əldə olan bıçaqdır. Sən onunla insanı öldürə də bilərsən, sağalda da. Hər şey ondan necə istifadə etməyindən asılıdır.
-Magiya günahdır?
-Günah deyil. Yaşadığımız hər şey, sevgi belə magiyadır. Cadu isə günahdır.
-Deyilənlərə görə, ekstrasenslər öləcəkləri günü öncədən bilirlər. Bəs, siz necə?
-Absurd və yalan fikirdir. Ekstrasens adi insandır. Bayaq qeyd etdiyim kimi, beş və ya on il öncə necə ki, başqasının, heç özünün də ölümünü bilə bilməz. Deyim ki, yetmiş doqquz yaşımda öləcəyəm, bu, əsla düzgün fikir deyil.
-Məmurlardan sizə müraciət edən olurmu?
-Olmur desəm, inanmayacaqlar. Olur desəm, deyəcəklər ki, özünü göstərir. Ötən il Rusiyada prezidentliyə namizədlərdən biri yanıma gəlmişdi. Dövlət adamı insan deyil? Onun da problemi ola bilər. Şərt o deyil ki, maddi çətinliyi olsun. Ola bilər, səhhətində problemi var, yaxud həyatında nədənsə bezib.
-Ölkə xaricindəki həmkarlarınızla münasibətiniz varmı?
-Təbii ki, dostlarım var. Ən azından orda üç yarışmada iştirak etmişəm. Amma nəyisə müzakirə etdiyimizi desəm, yalan olar. Adi insanlar kimi söhbət edirik.
-İllər öncə Zirəddin Rzayev daha aktiv idi. Proqnozlar verirdi. Amma sonra görünmədi. Gündəmdən uzaqlaşdı. Ümumiyyətlə, Z.Rzayevə və onun proqnozlarına münasibətiniz necədir?
-Zirəddin Rzayevə şəxsiyyət kimi hörmətim var. Savadlıdır, iki ali təhsili var. Amma ekstrasensliyinə gəlincə, məncə o, çox yaxşı müalicələr edir. Zirəddin şəfa verməkdə daha güclüdür, nəinki esktrasenslikdə.
-İndiyədək hansısa cinayət işinin açılması ilə bağlı sizdən yardım istəyiblər?
-Azərbaycanda cinayət işinin açılmasına kömək etməmişəm. Amma Rusiyada indiyədək 19-a yaxın cinayət ışinin açılmasına yardımım dəyib. İtmiş və ya ölmüş şəxslərin meyitlərinin tapılmasında köməklik etmişəm.
-Azərbaycanı yaxın gələcəkdə nələr gözləyir?
-Düşünürəm ki, hələ bir müddət vəziyyət belə də davam edəcək. Güclü dəyişiklik gözləmirəm. Amma 2020-ci ilin ortalarına yaxın dəyişikliklərin olacağını hiss edirəm.
Amma yaxın günlərdə nazir dəyişikliyi gözlənilir. Hətta deyə bilərəm ki, iki nazirlik birləşəcək, biri isə tamamilə çökəcək.
Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV
Video editor: Adil AĞAYEV
P.S. Aqil Məhərrəmovun ekstrasens kimi söylədiklədiyi fikirlərin doğru və ya yanlış olduğunu deyə bilmərik.
Yalnız onu deyə bilərik ki, onunla müsahibəmiz ölkədə son günlər aparılan kadr dəyişikliyindən öncə götürülüb.