Məhşur aktyor  xəstəxanalıq oldu- ZƏHƏRLƏNİB
    • 25-06-2019, 17:33
    • 1 578

Məhşur aktyor xəstəxanalıq oldu- ZƏHƏRLƏNİB

Türkiyənin məşhur aktyoru Kvanç Tatlıtuğ zəhərlənib.

News24.az-ın CNN Türkə istinadla verdiyi xəbərə görə, məşhur aktyor yemək yedikdən sonra özünü pis hiss edib. Getdikcə halı pisləşən Tatlıtuğu  sürücüsü təcili xəstəxanaya çatdırıb. 
Ona zəhərlənmə diaqnozu qoyularaq mədəsi yuyulub. Aktyor iki saatadək xəstəxanada həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb.