Xaçmaz qaranlığa qərq oldu
    • 25-10-2024, 08:29
    • 213

Xaçmaz qaranlığa qərq oldu


Bu gün saat 01.40-dan etibarən Xaçmaz şəhərinə elektrik enerjisinin verilişi dayandırılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, ötən bir həftədə hər gecə saat 02.00 radələrindən səhər saatlarına kimi Xaçmaz şəhərinə elektrik verilişi dayandırılır.

Hazırda Xaçmaz şəhərində heç yerdə işıq yanmır.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin Xaçmaz şəhər idarəsindən bildirilib ki, elektrik enerjisinin verilməsində məhdudiyyətlər hava şəraiti ilə əlaqədardır.