I və IV ixtisas qrupları üzrə imtahan verənlər test tapşırıqlarının izahı- DİM-də
    • 25-06-2019, 17:41
    • 792

I və IV ixtisas qrupları üzrə imtahan verənlər test tapşırıqlarının izahı- DİM-də

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyunun 23-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) News24.az-a verilən məlumata görə, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində" DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı ", “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).