-
- 25-10-2024, 13:59
- 413
Antidepresanlar haqqında qorxunc həqiqət üzə çıxdı
33 yaşlı hüquqşünas Toni Qrin pandemiya zamanı depressiyasının dözülməz hal almasından sonra antidepresan müalicəyə başlayıb. Ancaq antidepresanlardan istifadə etməzdən əvvəl çox tez-tez spirtli içki qəbul etməyən Qrin, dərman müalicəsindən sonra spirtə olan həvəsinin artdığını müşahidə edib.
News24.az xəbər verir ki, gündən-günə spirtli içki aludəçisinə çevrildiyini görən gənc hüquqşünas bu problemin mənbəyinin antidepresanların olub-olmadığını araşdırmağa başlayıb. Mövzu ilə bağlı bir neçə mütəxəssis rəyi alan Qrin, spirtli içki içmək istəyinin artmasının birbaşa antidepresanlarla əlaqəli ola biləcəyini öyrənib.
İngiltərənin Bangor Universitetinin psixiatriya professoru David Healy izah edib ki, bütün dünyada tələbat olan antidepresanlar alkoqolizmi yaymaq ehtimalı var.
Healy qeyd edib ki, bu yan təsir çox uzun müddətdir mövcuddur, lakin tez-tez nəzərə çarpmır.
Kanadalı mütəxəssislər isə bütün dünyada müzakirələrə səbəb olan yan təsirdən sonra spirt asılılığı ilə antidepresan dərmanlar arasındakı əlaqənin daha ətraflı araşdırılması lazım olduğunu vurğulayıblar.
Onu da bildirək ki, antidepresanların digər məlum yan təsirlərinə libidonun artması və ya azalması, mədə problemləri və ağız quruluğu daxildir.
Günel Məlikzadə