-
- 25-06-2019, 18:35
- 1 509
BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də - FOTO
25 iyun 2019-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Yerli icma və inkişaf məsələləri üzrə naziri Hessa Buhumaid “ASAN xidmət” mərkəzi ilə tanış olub. Qonaq Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak məqsədilə ölkəmizdə rəsmi səfərdədir.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.
Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Qonaq ASAN könüllüləri, ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi” və “ABAD” publik hüquqi şəxsinfəaliyyəti ilə də tanış olub.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiridir.