Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq - Biabırçılıqdır!
    • 25-10-2024, 22:46
    • 589

Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq - Biabırçılıqdır!

“Azərbaycanda sosial şəbəkələrdə əxlaqsızlıq tətbiq olunur, bu biabırçılıqdır”.

News24.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Mail Yaqub sosial şəbəkələrdə olan problemləri şərh edərkən bildirib. O qeyd edib ki, həmin məsələ barədə ciddi tədbirlər görülməlidir:

“Belə görünür ki, ümumiyyətlə, sosial şəbəkələri birmənalı olaraq bağlamaq çox müşkül məsələdir. Məsələn, “İnstagram”da çoxlu biznes əməliyyatları həyata keçirilir. Əksər insanlar bundan yararlanırlar. Əgər həmin platforma bağlanılsa, bunun nəticələri acı olacaq. “TikTok”un da həmçinin, müsbət cəhətləri ola bilər. İnsanlar fikir mübadiləsi aparırlar, yaxud hər hansı şəxsi bizneslərini həyata keçirirlər. Amma Azərbaycanda çox təəssüf ki, sosial şəbəkədə konkret olaraq əxlaqsızlığı yayan ünsürlər var. Bu göz qabağındadır. Biabırçılıqdır!”. 

Ekspert hüquq-mühafizə orqanlarının bu problemi həll etməkdə çox böyük rolu olacağını düşünür:

“Bunun qarşısını necə almaq olar? Sosial şəbəkələri bağlamağın uğurlu addım olduğunu düşünmürəm. Digər ölkələrdə də bu təcrübə yaşanır, amma nəticə uğursuzdur. Bəs nə etməli? İki yolumuz var. Birincisi, sosial şəbəkələrdə müsbət fəaliyyətləri genişləndirməkdir. Müsbətlər nə qədər çox olsa, mənfilərin yeri bir o qədər daralacaq. İkinci olaraq, hüquq-mühafizə orqanlarının işə qarışmasıdır. Necə ki, adi həyatda öz qınından çıxanları cəzalandırırlarsa, orada da həmçinin, bunu tətbiq etmək lazımdır. Əgər 3-5 nəfər ciddi formada cəzalandırılsa, bunun təsiri olduqca böyük olacaq”.