Taksilərdə yeni dələduzluq yayılıb - Sürücülər, DİQQƏTLİ olun
    • 26-10-2024, 21:27
    • 420

Taksilərdə yeni dələduzluq yayılıb - Sürücülər, DİQQƏTLİ olun

Son günlər taksilərlə bağlı yeni dələduzluq halı yayılıb.

News24.az xəbər verir ki, taksi sürücülərinin verdiyi məlumata görə, ödənişin kartla ödənilməsindən istifadə edərək onları aldadırlar.

Belə ki, sərnişin avtomobilə əyləşərək nağd pulu olmadığını və ödənişi kart vasitəsilə etmək istədiyini bildirir. Taksi sürücüsünün kartına pulu göndərdiyini göstərir və ona saxta qəbzin görüntüsünü də göstərir. 

Sürücülərin sözlərinə görə, onlar da buna aldanırlar, lakin sonradan nə qədər gözləsələr də həmin ödəniş kart hesabına yüklənmir. Sürücülər bu halın son zamanlar tez-tez təkrarlandığını bildirirlər. Məbləğlər kiçik olduğuna görə aidiyyatı qurumlara şikayət etmirlər, fırıldaqçılar da bundan daha çox istifadə edirlər.

milli.az