-
- 26-10-2024, 17:56
- 1 048
İş qadını vəhşicəsinə qətlə yetirildi - FOTO
Yalovanın Çiftlikköy səmtində göbələk istehsalı müəssisəsi olan qadın sahibkar Canan Cerit əcnəbi əsilli işçiləri tərəfindən evində əvvəlcə donuz ipi ilə bağlanıb, sonra isə vəhşicəsinə öldürülüb.
News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, alınan məlumata görə, Çiftlikköy mahalı Sultaniyyə məhəlləsi 5008 küçəsində yerləşən binanın ikinci mərtəbəsində yaşayan Canan Ceritin yaxınları vəziyyəti polisə bildirib. Polis həkim briqadaları və yanğınsöndürənlərlə birlikdə ünvana gedərək mənzilə daxil olub. Komandalar evdə gördükləri mənzərə qarşısında şoka düşüblər. Ölü tapılan qadının əl və ayaqlarının donuz ipi ilə bağlandığı öyrənilib.
Digər tərəfdən, ilkin təsbitlərə görə boğularaq öldürüldüyü ehtimal edilən qadının onunla birlikdə işləyən iki xarici ölkə vətəndaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Qadın sahibkarın hər səhər işçiləri ilə evdə səhər yeməyi yedikdən sonra işə getdiyi öyrənilib. Qətlin dünən səhər saatlarında törədildiyi təxmin edilir. Digər tərəfdən, qətldə şübhəli bilinən şəxslərin hadisədən sonra bölgədən uzaqlaşaraq xaricə qaçdıqlarına dair xəbər yayılıb. Şübhəlilərin qadına məxsus qiymətli əşyaları və pulları götürdükləri də iddia edilib.