Moskvada işləyən azərbaycanlıların NƏZƏRİNƏ — Vəsiqə veriləcək
    • 27-10-2024, 06:49
    • 550

Moskvada işləyən azərbaycanlıların NƏZƏRİNƏ — Vəsiqə veriləcək

Gələn ildən Moskvada miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri eksperimental olaraq tətbiq ediləcək.

News24.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində paytaxtın meri Sergey Sobyanin danışıb.

Onun sözlərinə görə, bu vəsiqədə əcnəbi vətəndaş haqqında bütün məlumatlar - Rusiyaya gəliş tarixi, biometrik məlumatlar, iş yeri, yaşayış icazəsi, qeydiyyat və s. qeyd olunacaq.

Sənəddə nəyinsə səhv olduğu üzə çıxarsa, polis əcnəbiyə qarşı müvafiq tədbirlər görəcək. (Baku.ws)