Bakıda külli miqdarda pulu əl keçirib ölkədən qaçan şəxsdən YENİ XƏBƏR
    • 27-06-2019, 17:29
    • 1 154

Bakıda külli miqdarda pulu əl keçirib ölkədən qaçan şəxsdən YENİ XƏBƏR

Bakıda vətəndaşların külli miqdarda pulunu ələ keçirmiş şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü, yəni dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən Abbasov Altay Əhliman oğlu barəsindəki materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun icraatına verilib. 

Qeyd edək ki, Altay Abbasov Bakıda 3 nəfərdən böyük miqdarda pul alaraq onlara müxtəlif vdlər verib. Lakin o, verdiyi sözə əməl etməyib və pulu müənimsəyib. O, daha sonra ölkədən qaçıb. “İnterpol” xətti ilə axtarışda olan 51 yaşlı Abbasov Altay Əhliman oğlu Rusiya Federasiyasında saxlanılıb.

O, Azərbaycana ekstradisiya olunub.