2025-də fərqli hadisələr olacaq – Fidan
    • 3-11-2024, 22:56
    • 553

2025-də fərqli hadisələr olacaq – Fidan


“Ukrayna konfliktinin ədalətli nizamlanmasına ölkənin ərazi bütövlüyünün təmini şərti ilə çatmaq olar”.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Bizim iki tərəflə də xüsusi münasibətlərimiz var. Biz onları eşitməkdən imtina etmirik. Dost yalnız doğrunu deyir və biz də məhz belə davranırıq. Münaqişə Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni situasiyaya gətirib çıxara bilər”, – deyə o bildirib.