Türkiyədə daha bir azyaşlı uşaq qətli
    • 4-11-2024, 13:39
    • 312

Türkiyədə daha bir azyaşlı uşaq qətli

Türkiyədə 8 yaşlı Narin Güranın qətlindən sonra İstanbulun göbəyində daha bir azyaşlı qız öldürülüb.

News24.az İnsanoid.com-a istinadən xəbər verir ki, 6 yaşlı Şirin Elmas Hanilçinin meyiti qəbiristanlıqda aşkarlanıb.

Çox keçmədən Şirinin qətlində şübhəli bilinən Mustafa Örün saxlanılıb.

Şirini boğaraq öldürən kağız toplayıcısı Mustafa Örün polis idarəsində ifadəsində qan donduran ifadələr işlədilib. Örün bildirib ki, Şirin qəbiristanlıqda ondan 200 lirə (9, 90 AZN) istəyib:

“Uşaq arxamca gəldi. Məndən 200 lirə istədi. Əhvalım pis olduğu üçün əsəbiləşdim. Uşağı qəbiristanlığa apardım. Qəbirstanlıqda qızı boğazındakı şərflə boğdum”.

Həmin şəxs barəsində cinayət işi açılıb.