-
- 4-11-2024, 14:22
- 344
Ruhiyyə Əliyevanın pişiyinə belə işgəncə verdilər - VİDEO
“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın pişiyinə xəsarət yetiriblər.
News24.az OLAY-a istinadla yazır ki, bu barədə iş xanımı özü paylaşım edib. Video bölüşən R. Əliyeva “The Grooming Station” adlı salondan şikayətçi olub:
“Pişiyimə xəsarət yetiriblər. Videodan da göründüyü kimi kobud davranırlar, ona əziyyət verirlər. Əgər pişik narahatdırsa, feni söndürüb onu sakitləşdirmək lazım idi, belə feni daha da üzünə tutub, kobud rəftar etmək yox! Ən pisi də odur ki, adamlar özlərinə haqq qazandırır. Günahlarını görmürlər.
Simbanın burnu zədələnib və çox narahatdır. Paylaşmaqda məqsədim həm də odur ki, siz də agah olasınız. Heyvanınızı hər yerə etibar etməyəsiniz. Burnunun görüntüsü videonun sonundadır”.