-
- 5-11-2024, 02:45
- 726
Ətin qiyməti niyə artır? – Səbəb açıqlandı
Bu günlərdə ətin qiymətində yenə artım müşahidə olunur. Məsələn, mal ətinin 1 kiloqramının qiyməti 15 manata çatıb.
İqtisadçı Pərviz Heydərov TNS-ə bahalaşmanın səbəbini açıqlayıb.
O bildirib ki, ətin qiymətinin artması yerli istehsalın azalması ilə əlaqəlidir: “7-8 il əvvəl ölkənin özünü təmin etdiyini ərzaq məhsulları sırasında ən yüksək yerdə ət dayanırdı. Ətə olan təlabatın 90-95 faizini biz yerli istehsal, daxili imkanlar hesabına ödəyirdik. Sonradan yerli istehsal azaldı. Ona görə də idxal genişləndi. Amma qeyd edim ki, idxal nə qədər çox olsa da, yerli məhsula tələbat azalmır”.
Pərviz Heydərov bildirirb ki, idxal olunan ət məhsullarından daha çox iaşə obyektlərində istifadə olunur: "Bunlara dönərxanaları, kolbasa və digər ətdən məhsulları hazırlayan müəssisələri misal gətirmək olar”.
O hesab edir ki, heyvandarlığın inkişafı istiqamətində ciddi addımlar atılmasa, ət məhsulları bahalaşmaqda davam edəcək: “Nəticədə ətin 1 kiloqramının qiyməti 20 manatdan yuxarı olacaq”.