-
- 5-11-2024, 04:13
- 401
Azərbaycanda qadının FACİƏLİ SONU
Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Babək məhəlləsində qeydə alınıb.
Belə ki, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub. Xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.